Əsas Səhifə > Media > "Su həyatdır, yaşadığımız həyat"
"Su həyatdır, yaşadığımız həyat"28-07-2020, 09:48 |
![]() Dünyada, yer üzündə insana,təbiətə lazım olan tələbat ödəyicilərindən biri, bütünlükdə qida məhsulları, digəri isə sudur ki, hər ikisi canlı aləmin yaşaması üçün əvəzsiz sayılır. Nəzərə alsaq ki, qida məhsullarının əldə olunmasında da bir başa suyun rolu böyükdür, onda məhz bu gün bu əvəzolunmaz nemət haqqında danışaq. Onun var olmasına münasibət bildirmək məqsədəuyğun və labüddür. Bu da sirr deyil ki, dünyanın 3/4 hissəsi sudur. Amma içməli su ehtiyyatı isə bunu 3- % ni təşkil edir. Artıq bunun nə demək olduğu göz önündədir. Bir çox dövlətlər su qıtlığı yaşayır. Bu acı bir həqiqətdir. Yaşamaq, gözəl həyat, bu gözəl nemətin varlığı ilə başa gəlirsə və o tükənə bilirsə, ona münasibət necədir? Mən deyərdim ki, qənaətbəxş deyildir. Bu üzdən dövlətin inkisaf proqramlarında su təchizatının təminatı məsələsi ön planda, ön cərgədə durub. "Su var həyat var, su yoxdur, həyat yoxdur" misalı bütün dünyanın yaşama amacıdır. Eyni zamanda da bizim. Bu sahədə dövlətimiz tərəfindən cox böyük işlər, layihələr hazırlanıb ki, hal- hazırda içməli su ehtiyacımız demək olar ki, ödənilir. Ölkəmizdə aparılan islahatlarda su layihələrinin xüsusi yeri vardır. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib ki, bu da bir başa içməli su ilə tənzimlənib, öz yerini tapıb. Azərbaycanda içməli su təminatı yüksək faiz dərəcəsi ilə göstərilir ki, bu da Bakı şəhəri ilə yanaşı bütün şəhər, rayon və qəsəbələri əhatə edir. Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Bununla yanaşı digər böyük layihələr, Ceyranbatan, Şəmkir və s. su anbarlarının da adını böyük həvəslə çəkə bilərik. Bütün bu sadaladıqlarım dövlətin, Dövlət başçımız İlham Əliyevin hər sahədə olduğu kimi bu sahədə də yüksək quruculuq siyasətinin bəhrəsidir . Gəlin, bizim bu gözəl nemətə münasibətimizi bildirək. Belə ki, su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Bu danılmaz faktdır ki, su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Suyun çatışmazlığı iqtisadiyyatımıza böyük zərər vura bilər ki, buna təsərrüfat sahələri ilə yanaşı, fermer, taxılçılıq, pambıqçılıq və s. sahələri aid edə bilərik . Bu da hər baxımdan yaşayıb, inkişaf etməyimiz üçün böyük məna kəsb edir. Biz bu gözəl nemətə qənaətlə yanaşsaq onu qorumuş olarıq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu barədə xalqımıza müraciət etmişdir. Həmin müraciətə istinad edərək söyləmək istəyirəm ki, su həyatdır. Yaşadığımız həyat! Gəlin öz həyat mənbəyimizə biganə qalmayaq. Ağalarova Təranə Nəsimi rayon Təhsil işçisi Geri qayıt |