Əsas Səhifə > Dünya > BMT-dən dünya dövlətlərinə ÇAĞIRIŞ
BMT-dən dünya dövlətlərinə ÇAĞIRIŞ28-07-2020, 11:13 |
|
Havanın keyfiyyəti koronavirus infeksiyasından ölüm nisbətinə təsir göstərir. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında deyilir: “Hava çirklənməsi və istixana qazı tullantıları əhəmiyyətli dərəcədə azalıb. Mövcud göstəricilərə görə havanın keyfiyyətsiz olması COVID-19-dan ölüm nisbətinin daha yüksək olmasına təsir edir”. Təşkilatdan bildirilib ki, ətraf mühitin qorunması üçün xüsusi tədbirlər görülmədən dünyada havanın təmizlənməsinin təsiri yalnız müvəqqəti bir nailiyyət olacaq. BMT-nin Baş katibi Antonio Quterres ölkələri “inklüziv iqtisadi bərpa üçün yaşıl siyasətə riayət etməyə” çağırıb. Rubrika.Az Geri qayıt |