Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha 412 nəfər koronavirusa yoluxub, 631 nəfər sağalıb, 7 nəfər vəfat edib
Azərbaycanda daha 412 nəfər koronavirusa yoluxub, 631 nəfər sağalıb, 7 nəfər vəfat edib28-07-2020, 15:37 |
![]() Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 30 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 873 nəfər müalicə olunaraq sağalıb, 430 nəfər vəfat edib, aktiv xəstə sayı 6 555 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 429, ötən müddət ərzində isə ümumilikdə 698 815 test aparılıb. Rubrika.Az Geri qayıt |