Əsas Səhifə > Səhiyyə > İranda son sutkada COVID-19-dan ən yüksək ölüm halı qeydə alınıb
İranda son sutkada COVID-19-dan ən yüksək ölüm halı qeydə alınıb28-07-2020, 16:14 |
![]() İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 235 nəfər vəfat edib. APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 16 147 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2 667 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 296 273 nəfərə çatıb. İndiyədək xəstəlikdən 257 029 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 902 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. Rubrika.az Geri qayıt |