Əsas Səhifə > Dünya > Braziliyada infeksiyadan ölənlərin sayı 88 mini keçdi
Braziliyada infeksiyadan ölənlərin sayı 88 mini keçdi29-07-2020, 09:39 |
|
Braziliyada koronavirus (COVID-19) infeksiyasına 40 816 yeni yoluxma faktı qeydə alınıb. Rubrika.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ötən gün ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 921 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 2 483 191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 721 560 nəfər müalicə olunaraq sağalıb, 88 539 nəfər vəfat edib. Braziliya COVID-19-a yoluxanların və ölənlərin sayında görə dünyada ikinci yerdədir. Rubrika.Az Geri qayıt |