Əsas Səhifə > Cəmiyyət > Axtarışda olan 39 nəfər saxlanılıb
Axtarışda olan 39 nəfər saxlanılıb29-07-2020, 15:08 |
|
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb. Rubrika.Az Daxili İşlər Nazirliyinə istinadən xəəbr verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb. Rubrika.Az Geri qayıt |