Əsas Səhifə > Dünya > Maykl Pompeo: “Çin öz maraqlarını Demokrat partiyası üzərindən həyata keçirir”

Maykl Pompeo: “Çin öz maraqlarını Demokrat partiyası üzərindən həyata keçirir”


29-07-2020, 17:38
Maykl Pompeo: “Çin öz maraqlarını Demokrat partiyası üzərindən həyata keçirir”


ABŞ dövlət katibi Maykl Pompeo Çinin kommunist rejiminin öz maraqlarını ən çox Demokrat partiyası üzərindən yeritdiyini bildirib.

Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, o bu barədə paytaxt Vaşinqtonda keçirdiyi mətbuat konfransında danışıb.

“Buraya gələn çinlilər ən çox demokratlarla danışıqlar aparır. Onlar Kapitoli təpəsində (ABŞ Konqresinin qeyri-rəsmi adı-red.) partiyanın nüfuzlu siyasətçiləri ilə əlaqə quraraq rəsmi Pekinin mövqeyini möhkəmləndirirlər”-deyə o qeyd edib.

M.Pompeonun sözlərinə görə, amerikalı diplomatların Çində bu cür fəaliyyət göstərmək imkanı yoxdur. “Biz də istərdik ki, orada söz azadlığı, demokratik mühit, ABŞ-la çalışmaq istəyən qüvvələrlə açıq görüş imkanı olsun. Demokratiya belə işləyir”,-deyə o söyləyib.

Bu arada ABŞ-ın keçmiş vitse-rezidenti və Demokrat partiyasının prezident seçkilərində əsas namizədi Co Baydenin seçki qərargahının əməkdaşları öz mobil cihazlarından dünyada populyarlıq qazanan, Çin mənşəli “TikTok” sosial platformasında akkauntlaırnı silmək qərarına gəliblər.

CNN kanalının məlumatına görə, seçki qərargahıın hüquq məsələhətçisi Dana Rimus bununla bağlı olaraq işçilərə elektron məktub göndərdiklərini açıqlayıb. Həmin göstərişə görə, rəsmi şəxslər bundan sonra “TikTok” əlavəsi yazılmış mobil qurğularla iş yerlərinə gələ bilməzlər.

Qeyd etmək lazımdır ki, ABŞ-da 165 milyon mobil telefon sahibi artıq bu əlavənin istifadəçisinə çevrilib.



Rubrika.Az
Geri qayıt