Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanda Həcc ziyarəti başladı
Səudiyyə Ərəbistanda Həcc ziyarəti başladı29-07-2020, 18:10 |
|
Səudiyyə Ərəbistanının Məkkə şəhərində ənənəvi Həcc ziyarəti başlayıb. Rubrika.Az xəbər verir ki, bu il koronavirus pandemiyası ilə əlaqədar xarici ölkələrdən zəvvarların gəlişi qadağan edilib. Hər il təxminən 2 milyon müsəlmanın iştirak etdiyi Həcc mərasimlərinə bu il yalnız 10 min Səudiyyə Ərəbistanı vətəndaşı qatılacaq. Mərasim zamanı maska taxmaq və digər sanitar normalar zəruri olacaq. 2020-ci ildə Həcc mərasimi avqustun 2-dək davam edəcək. Rubrika.Az Geri qayıt |