Əsas Səhifə > Hadisə > Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var29-07-2020, 18:46 |
|
Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım birqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |