Əsas Səhifə > Şou Biznes > “Yüngüllük şou-biznesin ana xəttidir” - Namiq həmkarlarını tənqid etdi

“Yüngüllük şou-biznesin ana xəttidir” - Namiq həmkarlarını tənqid etdi


29-07-2020, 18:55
“Yüngüllük şou-biznesin ana xəttidir” - Namiq həmkarlarını tənqid etdi


"Yüngüllük, ağılsızlıq, məntiqsizlik baş alıb gedir. Baxıb dəhşətə gəlirsən. Sosial şəbəkədə hamı akademik, professor olub. Yüngüllük şou-biznesin ana xəttidir”.

Rubrika.Az xəbər verir ki bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "MTV Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, artıq qatıldığı verilişlərə qarşı seçici davranır:

“Seçiciyəm, tamaşaçılar məni kimləsə bir görmək istəməyə bilər. Ona görə də proqramlara dəvət alanda seçib gedirəm. Amma hələ tək getmirəm. "Tək gəlirəm" deməyə utanıram".

"Səhnədə çox atdanıb-düşmürəm, sərbəstəm, amma çərçivədəyəm. Eləsi var ki, səhnədə oyun çıxarır, ailəsi ilə çıxır. Onlara baxıram, xoşum gəlir, amma özüm etmərəm. Bəzən evdə nəsə baş verir, çəkirəm ki, paylaşım, ancaq etmirəm. Fikirləşirəm, ayıbdır, nə yazarlar"-, deyə meyxanaçı şəxsi həyatını şou-biznesdən uzaq tutduğunu dilə gətirib.


Rubrika.Az
Geri qayıt