Əsas Səhifə > İdman > Azərbaycan Premyer Liqası nə vaxt start götürəcək? - AFFA-dan açıqlama
Azərbaycan Premyer Liqası nə vaxt start götürəcək? - AFFA-dan açıqlama30-07-2020, 12:30 |
|
AFFA-nın İcraiyyə Komitəsinin 18 iyun 2020-ci il tarixli qərarna əsasən, 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılıb. Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, qərara uyğun olaraq, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqovu İşçi Qrupun sədri təyin edib. Qrupun tərkibində aşağıdakı şəxslər yer alıblar: Vaqif Sadıqov, AFFA-nın vitse-prezidenti – sədr Ağasəlim Mircavadov – Məşqçilər Komitəsinin üzvü Cahangir Həsənzadə - AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edən Vyaçeslav Xomenko – AFFA-nın baş həkimi Elgiz Abbasov – PFL-in Texniki İdman şöbəsinin müdiri İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim edib. İşçi Qrupun təklifi AFFA tərəfindən Peşəkar Futbol Liqasına təqdim olunub. PFL tərəfindən çempionatın başlanma tarixi ilə bağlı qərar qəbul olunmazdan əvvəl COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq AFFA tərəfindən müvafiq strukturlara müraciət olunub. Rubrika.Az Geri qayıt |