Əsas Səhifə > Səhiyyə > Sağalanların sayı yoluxanlardan iki dəfə çox oldu, 3 nəfər vəfat etdi

Sağalanların sayı yoluxanlardan iki dəfə çox oldu, 3 nəfər vəfat etdi


30-07-2020, 17:36
Sağalanların sayı yoluxanlardan iki dəfə çox oldu, 3 nəfər vəfat etdi

Azərbaycanda koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, yoluxanlardan təxminən 2 dəfə çox insan isə sağalıb.

Belə ki, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rubrika.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib, 5951 nəfər aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8532, ötən müddət ərzində isə ümumilikdə 717 164 test aparılıb.

Rubrika.Az

Geri qayıt