Əsas Səhifə > Aktual > Maska taxmadığına görə bir gündə 2 913 nəfərə cərimələndi
Maska taxmadığına görə bir gündə 2 913 nəfərə cərimələndi3-08-2020, 11:56 |
|
Türkiyədə koronavirusa yoluxanların sayında yenə artım qeydə alınıb. Rubrika.Az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. Nazir sosial məsafəyə əməl etməyən, maska taxmayan şəxslərə qarşı sərt tədbirlərin görüləcəyini vurğulayıb. Türkiyə mətbuatının yazdığına görə, hökumət üzvünün bu açıqlamasından sonra karantin qaydalarını pozan şəxslərə qarşı hücum başlayıb. Təkcə Qaziantep şəhərində maska taxmadığına görə 24 saatda 2913 nəfər cərimələnib. Türkiyənin digər böyük şəhərlərində də qaydaları pozanlara qarşı tədbirlər görülüb. Rubrika.Az Geri qayıt |