Əsas Səhifə > Dünya > Trampın keçmiş köməkçisi onu “mənəviyyatsız” adlandırdı

Trampın keçmiş köməkçisi onu “mənəviyyatsız” adlandırdı


3-08-2020, 13:28
Trampın keçmiş köməkçisi onu “mənəviyyatsız” adlandırdı

“ABŞ Prezidenti Donald Tramp ikinci müddətə prezident seçilməyə çalışan mənəviyyatsız Ağ Ev rəhbəridir”.

Rubrika.az xəbər verir ki, TASS-ın yaydığı məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton “El Pais” qəzetinə verdiyi müsahibədə deyib.

“Düşünürəm ki, Donald Tramp növbəti dəfə prezident seçilmək üçün ABŞ-a yox, məhz özü üçün sərfəli maraqlara xidmət edən mənəviyyatsız prezidentdir”, - deyə C.Bolton qeyd edib.

Qeyd edək ki, C.Bolton vəzifəsindən kənarlaşdırılandan sonra ABŞ-ın hazırkı prezidentinə qarşı sərt açıqlamaları ilə gündəmə gəlir.

Rubrika.az
Geri qayıt