Əsas Səhifə > Bölgə > Sərt karantin bu rayonlarda davam edəcək – Siyahı
Sərt karantin bu rayonlarda davam edəcək – Siyahı3-08-2020, 16:55 |
|
Azərbaycanda 13 şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Bildirilib ki, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq: Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir: Həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti: 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək; 15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək; 22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək; 29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək. Rubrika.Az Geri qayıt |