Əsas Səhifə > Dünya > Koronavirusdan sonra HİV və malyariya dünyanı təhdid edir
Koronavirusdan sonra HİV və malyariya dünyanı təhdid edir4-08-2020, 12:55 |
|
Koronavirusun can almağa davam etdiyi bir zamanda vərəm, HİV və malyariya kimi xəstəliklər dünya üçün böyük təhdid yaradır. Rubrika.Az Yenisabah.az-a istinadən xəbər verir ki, dünya səhiyyə sistemi bütün diqqətini koronavirusa yönəldərək digər xəstələr diaqnoz və müalicə almaqda çətinlik çəkirlər. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, vəziyyət belə davam edərsə, milyonlarla insan həyatını itirə bilər. "New York Times"ın xəbərinə görə, koronavirus vərəm, malyariya və HIV-ə də təsir göstərir. Yüksək temperatur, ağrılı öskürək və nəfəs darlığı kimi şikayətlərə səbəb olan vərəm hər il 1.5 milyon insanın ölümünə səbəb olan ən böyük yoluxucu xəstəlikdir. Koronavirus isə bu xəstəlikləri daha da şiddətləndirir. Qeyd edək ki, 8 aylıq bir müddətdə 18 milyondan çox insan koronavirusa yoluxub. Rubrika.Az Geri qayıt |