Əsas Səhifə > Aktual > Ukrayna koronavirusa qarşı 8 milyon doza vaksin alacaq
Ukrayna koronavirusa qarşı 8 milyon doza vaksin alacaq4-08-2020, 15:45 |
|
Koronavirusa qarşı vaksin yaradılandan sonra Ukrayna 8 milyon doza vaksin alacaq. Rubrika.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko brifinqdə açıqlayıb. Onun sözlərinə görə, vaksin ya pulsuz olacaq, ya da xüsusi qiymət üzrə təqdim ediləcək. Ukraynada indiyədək 74.219 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 1.764 nəfər ölüb, 40.613 nəfər isə sağalıb. Rubrika.Az Geri qayıt |