Əsas Səhifə > Siyasət > AZAL Çinin aparıcı həkimlərini Bakıya gətirib
AZAL Çinin aparıcı həkimlərini Bakıya gətirib4-08-2020, 19:35 |
![]() Bu gün Azərbaycanın milli aviadaşıyıcısı mühüm uçuş icra edərək ölkədə koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yük çatdırıb. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Rubrika.Az-a verilən məlumata görə, 10 nəfər tərkibdə aparıcı Çinli mütəxəssislərdən ibarət qrup AZAL-ın xüsusi reysi ilə Bakıya gəlib. Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaq. AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılıb. Reys Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub. Rubrika.Az Geri qayıt |