Əsas Səhifə > Təhsil > Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir5-08-2020, 09:16 |
|
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Bildirilib ki, imtahanda iştirak etmək üçün 1 525 namizəd ərizə təqdim edib. Onlardan 1 346 nəfər Azərbaycan, 179 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 539 nəfəri oğlan, 986 nəfəri isə qızdır. Namizədlərdən 447-si cari ilin, 1 078-i isə əvvəlki illərin məzunudur, 13 nəfər xarici ölkə vətəndaşıdır. Rubrika.Az Geri qayıt |