Əsas Səhifə > Dünya > Beyrutda xəsarət alan Türkiyə vətəndaşlarının sayı 6-ya çatdı
Beyrutda xəsarət alan Türkiyə vətəndaşlarının sayı 6-ya çatdı5-08-2020, 13:45 |
|
Beyrutda baş vermiş partlayış nəticəsində xəsarət alan Türkiyə vətəndaşlarının sayı 6 nəfərə çatıb. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib. Nazir qeyd edib ki, vəziyyəti ağır olan yaralılardan biri əməliyyat olunub, onun səhhəti normaldır. Digər 5 Türkiyə vətəndaşı yüngül xəsarət alıb. Qeyd edək ki, dünən axşam saatlarında Beyrut limanında güclü partlayış olub. Hadisə nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan isə yaralanıb. Rubrika.Az Geri qayıt |