Əsas Səhifə > Səhiyyə > Ramin Bayramlı: "Əlavə ayrılan çarpayıların hamısı istifadə olunmayıb"

Ramin Bayramlı: "Əlavə ayrılan çarpayıların hamısı istifadə olunmayıb"


5-08-2020, 16:48
Ramin Bayramlı: "Əlavə ayrılan çarpayıların hamısı istifadə olunmayıb"

"Bu günə qədər Prezident İlham Əliyevin açılışını etdiyi modul tipli xəstəxalardan yalnız beşi istifadəyə verilib".

Rubrika.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, iyun və iyul aylarında xəstə sayında artım nəzərə alınaraq bəzi günlərdə Bakıda doluluq 80-85%-ə çatsa da, regionlarda bu rəqəm 30% olub: "Bakı və Sumqayıtda əhalinin sıxlığı nəzərə alınaraq əlavə müəssisələrin cəlb olunması istiqamətində tədbirlər görüldü. Bu günə qədər ehtiyatların hamısı istifadə edilməyib. Əlavə ayrılan çarpayıların hamısı istifadə olunmayıb".

Rubrika.Az
Geri qayıt