Əsas Səhifə > İdman > Çempionlar Liqası bu gün başlayır
Çempionlar Liqası bu gün başlayır7-08-2020, 14:17 |
|
Mart ayından koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası bu gün bərpa olunacaq. Rubrika.Az Yenisabah.az-a istnadla xəbər verir ki, ilk oyun günündə 1/8 finalın iki cavab oyunu keçiriləcək. Fransada "Lion"a 0:1 hesabı ilə uduzan "Yuventus" bu dəfə rəqibi ilə Turində qarşılaşacaq. Gecənin digər görüşündə isə "Mançester Siti" Madrid "Real"ını qəbul edəcək. Öz meydanında "şəhərlilər"ə 1:2 hesabı ilə uduzan son İspaniya çempionunu çətin səfər matçı gözləyir. 7 avqust Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyunları 23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa) İlk oyun - 0:1 23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) İlk oyun - 2:1 8 avqust 23:00."Barselona" (İspaniya) - "Napoli" (İtaliya) İlk oyun - 1:1 23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) İlk oyun - 3:0 1/4 final 12 avqust 23:00."Atalanta" (İtaliya) - PSJ (Fransa) 13 avqust 23:00."Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) 14 avqust "Barselona" (İspaniya) / "Napoli" (İtaliya) cütünün qalibi - "Bavariya" (Almaniya) / "Çelsi" (İngiltərə) cütünün qalibi 15 avqust "Mançester Siti" (İngiltərə) / "Real Madrid" (İspaniya) cütünün qalibi - "Yuventus" (İtaliya) / "Lion" (Fransa) cütünün qalibi Qeyd edək ki, Çempionlar Liqasının qarşılaşmaları 1/4 finaldan "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək. Rubrika.Az Geri qayıt |