Əsas Səhifə > Səhiyyə > Braziliyada koronavirus təhlükəsi getdikcə artır

Braziliyada koronavirus təhlükəsi getdikcə artır


11-08-2020, 09:51
Braziliyada koronavirus təhlükəsi getdikcə artır

Braziliya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ötən sutka ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 22 048 nəfər artıb.

Ölkədə yoluxanların ümumi sayı 3 057 470-dir.

Ötən gün xəstəlikdən 721 nəfər ölüb və həyatını itirənlərin sayı 101 857-yə çatıb.

Ölkədə 2 163 812 nəfər virusdan sağalıb. Braziliya COVID-19-a yoluxanların və ölənlərin sayına görə dünyada ikinci yerdədir.

Rubrika.az
Geri qayıt