Əsas Səhifə > İdman > Azərbaycan Premyer Liqası: Yeni mövsümün püşkü atılacaq

Azərbaycan Premyer Liqası: Yeni mövsümün püşkü atılacaq


12-08-2020, 09:21
Azərbaycan Premyer Liqası: Yeni mövsümün püşkü atılacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkü atılacaq.

Rubrika.az-ın "Report"a istinadlan məlumatına görə, mərasim AFFA-nın inzibati binasında baş tutacaq. Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlanacaq. Püşkatma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Püşkatmada yeni mövsümün ilk turunda üz-üzə gələcək komandalar bəlli olacaq.

Qeyd edək ki, 2020/2021 mövsümündə "Qarabağ", "Neftçi", "Keşlə", "Sumqayıt", "Zirə", "Sabah", "Səbail" və "Qəbələ" mübarizə aparacaq.

Rubrika.az
Geri qayıt