Əsas Səhifə > Cəmiyyət > Bərdədə kütləvi dava: ölən və yaralananlar var - ADLAR
Bərdədə kütləvi dava: ölən və yaralananlar var - ADLAR12-08-2020, 12:22 |
|
Ötən gün Bərdə rayonunda kütləvi dava olub. Rubrika.Az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, hadisə Şorəlli kəndində baş verib. Dava zamanı Göyüşlü kənd sakini, 1990-cı il təvəllüdlü Camalov Mənsur Kamil oğlu vəfat edib. Üç nəfər isə yaralanıb. Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehtizadə bildirib ki, üç nəfər yaralanıb: “Onların vəziyyətləri ağır qiymətləndirilir. Yaralılar Şəmkir rayon sakinləri - 1984-cü il təvəllüdlü Bağırov Rauf Qalib oğlu, 1991-ci il təvəllüdlü Əzizov Nicat Allahverdi oğlu və 1994-cü il təvəllüdlü Abbasov Adıgözəl Cənnətəli oğludur”. İlkin ehtimala görə, dava tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Rubrika.Az Geri qayıt |