Əsas Səhifə > Siyasət > Hadi Rəcəblinin qardaşı vəzifəsiz qaldı — Rəhbəri olduğu idarə ləğv olundu

Hadi Rəcəblinin qardaşı vəzifəsiz qaldı — Rəhbəri olduğu idarə ləğv olundu


13-08-2020, 12:53
Hadi Rəcəblinin qardaşı vəzifəsiz qaldı — Rəhbəri olduğu idarə ləğv olundu

Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəcəbov İqbal Musa oğlu vəzifəsindən azad edilib.

Rubrika.Az-ın “MediaPost”a istinadən məlumatına görə, Maliyyə Nazirliyi tərəfindən Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsi ləğv edilərək yerində şöbə yaradılıb.

Maliyyə şöbəsinə isə hələlik təyinat olmayıb.

Bu barədə Maliyyə Nazirliyindən “MediaPost”a xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, İqbal Rəcəbov Milli Məclisin sabiq deputatı Hadı Rəcəblinin qardaşıdır.

Rubrika.Az
Geri qayıt