Əsas Səhifə > Cəmiyyət > Dəhşətli qəzada həyatını itirən Elnur və Ləman... - Foto
Dəhşətli qəzada həyatını itirən Elnur və Ləman... - Foto17-08-2020, 12:00 |
|
Ötən gün Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rubrika.Az Yenisabah.az-a istinadla xəbər verir ki, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub. Hadisə zamanı minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlu və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızı həyatlarını itiriblər. Qəzadan sonra məlum olub ki, həlak olan Çağırqanov Elnur hüquq-mühafizə orqanlarında, Süleymanzadə Ləman isə "Asan Xidmət"də çalışıb. Allah rəhmət eləsin! Rubrika.Az Geri qayıt |