Əsas Səhifə > Səhiyyə > Rusiyada koronavirusa görə peyvənd olunanların səhhəti necədir? - Açıqlama
Rusiyada koronavirusa görə peyvənd olunanların səhhəti necədir? - Açıqlama17-08-2020, 14:20 |
|
Ondan çox könüllü artıq “Vektor” mərkəzi tərəfindən istehsal olunan koronavirus peyvəndi olunub, onların hamısı özünü yaxşı hiss edir. Rubrika.Az xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un (Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) rəhbəri Anna Popova deyib. Onun sözlərinə görə, mərkəz COVID-19 əleyhinə peyvəndin ikinci mərhələsinin sınaqlarına başlayıb: “İkinci mərhələ başladı. Bu gün kliniki sınaqlar aparılır, bütün könüllülər özlərini yaxşı hiss edirlər. Peyvənd heç bir reaksiya vermir, inyeksiya yerində ən kiçik qızartı belə yoxdur”. Rubrika.Az Geri qayıt |