Əsas Səhifə > Cəmiyyət > Binəqədidə evləri su basdı: 6 nəfər köməksiz qaldı

Binəqədidə evləri su basdı: 6 nəfər köməksiz qaldı


17-08-2020, 17:52
Binəqədidə evləri su basdı: 6 nəfər köməksiz qaldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə 4-ü azyaşlı olmaqla 6 nəfər köməksiz vəziyyətdə qalıb.

Rubrika.Az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Rubrika.Az
Geri qayıt