Əsas Səhifə > Qalmaqal > Koronavirus peyvəndi vurulan gənc Putinin qızı olmayıb
Koronavirus peyvəndi vurulan gənc Putinin qızı olmayıb18-08-2020, 12:53 |
|
“CNBC Arabia” telekanalı koronavirus peyvəndini sınaqdan keçirən gənc xanımın Rusiya Prezidenti Vladimir Putinin qızı olduğu barədə məlumat yayıb. Telekanal bu xəbəri özünün “Twitter” səhifəsində paylaşıb. “Rusiya prezidentinin qızı Vladimir Putinin bütün dünyada ilk peyvənd olaraq elan etdiyi vaksini vurdurur”, - deyə koronavirus peyvəndinin tədqiqatları barədə videonun şərhində bildirilib. Sherg.az xatırladır ki, videoda sözügedən qız – Natalya Vasiyarova sadəcə könüllüdür. O, RF Hərbi Tibb Akademiyasının kursantıdır. “Ruptly”nin məlumatına görə, Natalya özünün Putinin qızı kimi təqdim olunmasından təəccübləndiyini bildirib və “CNBC” kanalına informasiyanı diqqətlə araşdırdıqdan sonra təqdim etməsi barədə tövsiyə verib. Rubrika.Az Geri qayıt |