Əsas Səhifə > Təhsil > Qafqaz Universiteti ləğv olunur
Qafqaz Universiteti ləğv olunur18-08-2020, 13:50 |
|
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ötən gün verdiyi qərara əsasən, Qafqaz Universiteti ləğv olunur. Bu barədə RUBRİKA.AZ Dövlət Xidmətinə əsasən xəbər verir. Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Xırdalan şəhəri, Abşeron rayonu, Həsən Əliyev küçəsi, ev 120 ünvanına bildirə bilərlər. Qeyd edək ki, Qafqaz Univesiteti 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Havar Əmir oğlu Məmmədovdur. RUBRİKA.AZ Geri qayıt |