Əsas Səhifə > Aktual > Daha neçə il maska taxmalıyıq? – Açıqlama
Daha neçə il maska taxmalıyıq? – Açıqlama19-08-2020, 09:58 |
|
Rusiyalı virusoloq Sergey Netesov insanların daha 2 il maska taxmaq taxmaq məcburiyyətində qalacağını bildirib. Rubrika.Az bildirir ki, Novosibirsk Dövlət Universiteti Biotexnologiya və Virusologiya Laboratoriyasının müdiri professor Sergey Netesov Sputnik-ə verdiyi açıqlamasında yeni növ koronavirusun (KOVİD-19) bir müddət sonra "90% ehtimalla" mövsümi bir xəstəliyə çevriləcəyini qeyd edib: "Virus təkamülü baxımından 8 ay yalnız bir an kimidir. Virus on illərlə, yüz illərlə inkişaf edəcək. Vaxtaşırı daha az təsirli olacaq və zəifləyəcək". İnsanlar əllərini tez-tez yuyub maska taxarsa, digər mövsümi tənəffüs xəstəliklərinin, eləcə də koronavirusun ikinci dalğasının qarşısını ala biləcəyini qeyd edən mütəxəssis, belə davam edib: "Payız gəlir, təbii ki, günəşin ultrabənövşəyi şüası azalacaq. Bu da virusların daha fərqli səthlərdə və spreylərdə yaşayacağı deməkdir". Rubrika.Az Geri qayıt |