Əsas Səhifə > Səhiyyə > Seroloji testlər bu yaş qruplarındakı şəxslərdən götürüləcək - TƏBİB-dən AÇIQLAMA

Seroloji testlər bu yaş qruplarındakı şəxslərdən götürüləcək - TƏBİB-dən AÇIQLAMA


19-08-2020, 10:29
Seroloji testlər bu yaş qruplarındakı şəxslərdən götürüləcək - TƏBİB-dən AÇIQLAMA

Ölkəmizdə seroloji testlərin keçirilməsi üçün ilk mərhələyə start verilib.

Rubrika.Az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, artıq Çağrı mərkəzindən təsadüfi seçilən şəxslərə zənglər olunur. TƏBİB-in mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova deyir ki, vətəndaş razı olduğu halda könüllülük prinsipi əsas götürülərək qeydiyyata alınır.

Qumral Ələkbərovanın sözlərinə görə seroloji test zərərsiz biokimyəvi analizdir. Vətəndaşın razılığı olduğu halda onun evinə tibbi briqada göndərilir. Testdən keçməyə razılıq verən şəxs istədiyi təqdirdə əlavə olaraq ondan qanın ümumi analizi də götürülə bilər.

Analizin cavabı 2-3 gün ərzində məlum olur. Ödənişiz tətbiq ediləcək seroloji testlər insanların koronavirus keçirib-keçirmədiyini və onun immun sisteminin formalaşma səviyyəsini yoxlamaq üçündür. İlkin mərhələdə testlər Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılacaq. Hədəf qrupu 18-65 yaş müəyyənləşdirilib.

Rubrika.Az
Geri qayıt