Əsas Səhifə > Gündəm > İcra hakimiyyətində əməliyyat keçirilir - 5 vəzifəli şəxs saxlanıldı + YENİLƏNİB

İcra hakimiyyətində əməliyyat keçirilir - 5 vəzifəli şəxs saxlanıldı + YENİLƏNİB


19-08-2020, 13:25
İcra hakimiyyətində əməliyyat keçirilir - 5 vəzifəli şəxs saxlanıldı + YENİLƏNİB

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktını təsdiqləyib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata gõrə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

Hazırda əməliyyat davam edir.

RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.

Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır./ Report

Rubrika.Az
Geri qayıt