Əsas Səhifə > Cəmiyyət > “Lotu Quli” Bakıda dəfn ediləcək
“Lotu Quli” Bakıda dəfn ediləcək20-08-2020, 10:25 |
|
Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov Bakıda son mənzilə yola salınacaq. Rubrika.Az Lent.az-a istinadən xəbər verir ki, N.Səlifov Bakıxanov qəbiristanlığında (Razin) atasının məzarının yanında dəfn ediləcək. Qeyd edək ki, N.Səlifov bu axşam Türkiyədə güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən şəxsin "Lotu Quli"nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir. 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb. Rubrika.Az Geri qayıt |