Əsas Səhifə > Cəmiyyət > Baş Prokurorluq: "Nərminin qəsdən öldürülməsi ilə bağlı cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir"
Baş Prokurorluq: "Nərminin qəsdən öldürülməsi ilə bağlı cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir"21-08-2020, 15:21 |
![]() Tovuz rayon Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun istintaq idarəsində istintaqı aparılan cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir. Rubrika.Az-ın məlumatına görə, Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edilib ki, istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək. Rubrika.Az Geri qayıt |