Əsas Səhifə > Səhiyyə > Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı23-08-2020, 20:42 |
|
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb. “Report” xəbər verir ki, hazırda xəstələrin 179-u reanimasiyadadır. 24 xəstə isə süni tənəffüs cihazına qoşulub. Ümumilikdə, 1 748 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Qeyd edək ki, son sutkada daha 184 nəfər COVID-19-a yoluxub, 160 nəfər sağalıb, daha 3 nəfər isə vəfat edib. Bununla da ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 35 105 nəfərə, sağalanların sayı 32 842 nəfərə vəfat edənlərin sayı isə 515 nəfərə çatıb. Geri qayıt |