Əsas Səhifə > Dünya > Kolya Lukaşenkonun silahlandırılmasının yoxlanılması tələb edildi

Kolya Lukaşenkonun silahlandırılmasının yoxlanılması tələb edildi


24-08-2020, 17:34
Kolya Lukaşenkonun silahlandırılmasının yoxlanılması tələb edildi

Belarus müxalifətinin Koordinasiya Şurası respublika prezidentinin oğlu Nikolay Lukaşenkoya hərbi silahın verilməsi faktının yoxlanılmasını tələb edib.

Rubrika Az xəbər verir ki, bu barədə mətbuat konfransında qərargah rəhbərlərindən biri Mariya Kolesnikova məlumat verib.

Onun sözlərinə görə, dövləti idarə edən bir şəxsin Minskin mərkəzində "çox qəribə silahlarla çox qəribə geyimlərdə qaçması" çox qəribədir.

Onun dediyinə görə, Kolya Lukaşenko yetkinlik yaşına çatmayan bir şəxsdir və ona hərbi silahın verilməsi faktı yoxlanılmalı, səlahiyyətli orqanlar buna reaksiya verməlidir.

Bundan əvvəl İnternetdə Lukaşenkonun vertolyotla Müstəqillik Sarayına gəlişinin videosu yayılıb. Belarus lideri güllə keçirməyən geyimdə, əlində avtomat olub. Təhlükəsizlik qüvvələri onun yanında olub. Onu eyni formada silahlanmış oğlu Nikolay müşayiət edib.

Rubrika Az
Geri qayıt