Əsas Səhifə > İdman > Beşiktaş Çempionlar Liqasında mübarizəyə başlayır

Beşiktaş Çempionlar Liqasında mübarizəyə başlayır


25-08-2020, 09:36
Beşiktaş Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) II, Avropa Liqasında (AL) isə I təsnifat mərhələsinə start veriləcək.

ÇL-də 2, AL-də isə bir matç keçiriləcək.

I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" komandasını mübarizədən kənarlaşdıran Albaniya çempionu "Tirana" Serbiya "Srvena Zvezda"sını qəbul edəcək. Türkiyənin "Beşiktaş" klubu isə Yunanıstanda PAOK-un müqavimətini qırmağa çalışacaq.

Avropa Liqasındakı yeganə oyunda isə "Riteryay" Latviyada İrlandiyanın "Derri Siti" komandasını sınağa çəkəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

22:00. "Tirana" (Albaniya) - "Srvena Zvezda" (Serbiya)

22:00. PAOK (Yunanıstan) - "Beşiktaş" (Türkiyə)

Avropa Liqası

I təsnifat mərhələsi

22:00. "Riteryay" (Latviya) - "Derri Siti" (İrlandiya)("Report")

Rubrika.Az
Geri qayıt