Əsas Səhifə > Siyasət > Zelenskidən azərbaycanlı generalla bağlı sərəncam
Zelenskidən azərbaycanlı generalla bağlı sərəncam25-08-2020, 09:57 |
|
Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərə orden və medalların verilməsi haqqında sərəncam imzalayıb. Rubrika.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, mükafatlandırılanlar arasında Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini, Gömrük Xidmətinin general-mayoru İqbal Babayev də var. Ukrayna Prezidentinin sərəncamı ilə İ.Babayev “Əmək və şücaətə görə” medalı ilə təltif edilib. Qeyd edək ki, İ.Babayev 1981-1986-cı illərdə Kiyev Milli İnşaat və Memarlıq Universitetində (KNUBA) oxuyub. 1986-1987-ci illərdə isə həmin universitetin istehsal proseslərinin avtomatlaşdırılması kafedrasında müəllim işləyib. 1987-1991-ci illərdə KNUBA-nın aspiranturasına qəbul olub və müəllimlik fəaliyyətini davam etdirib. 1989-cu ildə əldə olunan nəticələrin və elmi işlərin səmərəliliyinə görə “Ən yaxşı ixtiraçı” adına layiq görülüb. Rubrika.az Geri qayıt |