Əsas Səhifə > Cəmiyyət > Kür yenidən bulandı: Bu rayonlarda su olmayacaq
Kür yenidən bulandı: Bu rayonlarda su olmayacaq25-08-2020, 10:39 |
|
Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “Azərsu”dan “Yeni Sabah”a daxil olan açıqlamada istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. Rubrika.Az Geri qayıt |