Əsas Səhifə > Səhiyyə > SON DƏQİQƏ: Azərbaycanda daha 133 nəfər COVID-19-a yoluxdu
SON DƏQİQƏ: Azərbaycanda daha 133 nəfər COVID-19-a yoluxdu25-08-2020, 16:50 |
|
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada koronavirusdan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 35 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 190 nəfər müalicə olunaraq sağalıb, 521 nəfər vəfat edib, 1 848 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612, bu günə qədər isə ümumilikdə 885 279 test icra olunub. Rubrika.Az Geri qayıt |