Əsas Səhifə > Cəmiyyət > Qobustanda ağır qəzada ölən Əminənin FOTOsu
Qobustanda ağır qəzada ölən Əminənin FOTOsu25-08-2020, 17:58 |
|
Daxili İşlər Nazirliyi Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 24-də saat 15 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində Zaqatala rayon sakini Ə.Nəbiyev idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobusu aşırıb. Nəticədə sərnişinlərindən Qax rayon sakini Əminə Şövkətli hadisə yerində ölüb, digər sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. Rubrika.Az Geri qayıt |