Əsas Səhifə > Müsahibə > Ceyhun Bayramov: “Ermənistan-Azərbaycan sərhədində vəziyyət qeyri-sabit olaraq qalır”
Ceyhun Bayramov: “Ermənistan-Azərbaycan sərhədində vəziyyət qeyri-sabit olaraq qalır”25-08-2020, 22:44 |
![]() Bu ilin iyul ayında baş vermiş sərhəd münaqişəsindən sonra Azərbaycan və Ermənistan sərhədində vəziyyət qeyri-sabit olaraq qalır. Bunu TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib. "Hərbi baxımdan vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmağa davam edir", - deyə, azərbaycanlı nazir vurğulayıb. Azərbaycan XİN başçısı regionda təhlükəsizliyin təmin olunması və təxribatların qarşısının alınması üçün işğalçı qoşunların Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasının vacibliyini qeyd edib. Rubrika.az Geri qayıt |