Əsas Səhifə > Siyasət > Müddət oktyabrın 1-dək uzadıldı: Baş Nazirdən qərar
Müddət oktyabrın 1-dək uzadıldı: Baş Nazirdən qərar27-08-2020, 11:43 |
|
Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Covid-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək. Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilmişdi. RUBRİKA.AZ Geri qayıt |