Əsas Səhifə > İstisadiyyat > Azərbaycanın Belarusa göndərdiyi neft Odessa limanına gətiriləcək
Azərbaycanın Belarusa göndərdiyi neft Odessa limanına gətiriləcək27-08-2020, 09:56 |
|
Belarusa çatacaq 94 min ton Azərbaycan neftini daşıyan tanker sentyabrın 24-də Ukraynanın Odessa şəhərinin limanına gələcək. Rubrika.Az xəbər verir ki, bu barədə Belarusun “Belneftekhim” dövlət şirkətindən mətbuata bildiriblər. Bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 26-27 avqust tarixində Türkiyənin Ceyhan limanından 93-94 ton neft yükünü Belarusa yola salacaqlarını bildirmişdi. Bu ilin mart-aprel aylarında isə “SOCAR Trading” törəmə şirkəti tərəfindən Odessa limanı və Odessa-Brodı neft boru kəməri vasitəsilə Belarusa dörd dəfəyə 335 min tonadək neft göndərilib. Belarus tərəfinin məlumatına görə, bütövlükdə il ərzində Azərbaycandan 1 milyon tonadək neft ala bilərlər. Qeyd edək ki, bu il Rusiya ilə neft idxalı məsələsində razılaşa bilməyən Belarus Azərbaycan, Səudiyyə Ərəbistanı, Norveç və ABŞ neftini də idxal edir. Rubrika.Az Geri qayıt |