Əsas Səhifə > Təhsil > Xüsusi və internat tipli məktəblərin açılacağı tarix açıqlanıb - RƏSMİ
Xüsusi və internat tipli məktəblərin açılacağı tarix açıqlanıb - RƏSMİ27-08-2020, 23:27 |
![]() "Xüsusi məktəblər və ya internat tipli müəssisələr xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan məktəblərdir. Bu müəssisələrin də uşaq bağçaları formatında sentyabrın 15-dən oktyabrın 1-ə qədər müvafiq plan əsasında mərhələli şəkildə açılmasını planlaşdırmışıq”. Rubrika.Az-ın məlumatına görə, bunu yeni tədris ilinin açılmasına həsr olunan mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, burada uşaqlar yataqxanada qaldıqları üçün fərqli protokollardan istifadə olunur: “Amma həmin protokollar hazırlanmaqdadır. Bu, təbii ki, Operativ Qərargahın Tibbi Bölməsi ilə razılaşdırılır. Bu məsələlər razılaşdırıldıqdan sonra ictimaiyyətə təqdim ediləcək”. Rubrika.Az Geri qayıt |