Əsas Səhifə > Şou Biznes > "Dedilər ki, hər şey danışılıb, toyumuzu siz idarə edin" - FAİQ AĞAYEV
"Dedilər ki, hər şey danışılıb, toyumuzu siz idarə edin" - FAİQ AĞAYEV27-08-2020, 23:35 |
|
“Son 20 gün ərzində üç toydan imtina etmişəm”. Rubrika.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev News24.az-a açıqlamasında deyib. O, bildirib ki, toya dəvət edilsə də, qoyulan qaydalara əməl edir: “Dedilər ki, “hər şey danışılıb, tapşırılıb narahat olmayın, ancaq gəlin, toyumuzu siz idarə edin”. Mən belə şeylər edə bilmərəm, o səbəbdən də imtina elədim”. Qeyd edək ki, koronavirus pandemiyasına görə, Nazirlər Kabineti ölkədə xüsusi karantin rejimi tətbiq edib. Qaydalara görə, toy, nişan və yas mərasimləri, 5 nəfərdən artıq insanın bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi qadağandır. Rubrika.az Geri qayıt |