Əsas Səhifə > Cəmiyyət > Füzulidə minik maşını traktorla toqquşdu: Ölən var
Füzulidə minik maşını traktorla toqquşdu: Ölən var28-08-2020, 09:24 |
|
Füzuli rayonunun Böyük Bəhmənli kəndində “Daewoo” markalı minik avtomobili və “T-40” markalı traktor toqquşub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Qeyd edilib ki, minik avtomobilində sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Məmmədov Cəsur İlqar oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Rubrika.Az Geri qayıt |