Əsas Səhifə > Səhiyyə > Koronavirusun məktəblərə “ayaq açmasını” necə önləmək olar? - Həkim MƏSLƏHƏTİ
Koronavirusun məktəblərə “ayaq açmasını” necə önləmək olar? - Həkim MƏSLƏHƏTİ28-08-2020, 12:59 |
|
İbtidai siniflərin ənənəvi təhsilə başlaması ilə bağlı açıqlamalar təhsil sektorunda canlanma yaradıb. Redaksiyamıza müraciət edən təhsil işçiləri ənənəvi təhsilin bərpasının müəllimlər arasında kütləvi yoluxmalara səbəb ola biləcəyini istisna etmirlər. Onları fikrincə, sinifdə uşaqların sayının çox olması, həmçinin ibtidai siniflərdə yaşlı müəllimlər dərs deməsi müəyyən problemlər yarada bilər: “Siniflərdə uşaq sayı, adətən, 24-32 civarında olur. Yəni ara məsafə sıfır həddində olacaq. Ayaqyolları bərbad vəziyyətdədir, su kranları işləmir, infeksiya mənbəyidir. Uşaqların çoxunun evdə qoca və xroniki xəstə nənə-babası var, bəzilərinin anası onkoloji xəstədir. Onların 90 faizi qışda qrip səbəbilə həftələrlə məktəbə gələ bilmir. Həmçinin müəllimlərlə bağlı da bir sıra problemlər var. Bizim məktəbdə ibtidai sinifdə tanıdığımız 3 şəkərli diabet, 1 pnevmaniya xəstəsi olan müəllim var. Bütün bunlar nəzərə alınmalıdır”. Rubrika.Az bildrir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən professor Adil Qeybulla qeyd edib ki, dərslərin 3 növbəyə bölünməsi daha məqsədəuyğundur: “Bu, sıranın xeyli seyrəlməsinə səbəb olacaq, yəni fiziki məsafə təmin olunacaq. Tədris ən azından müəyyən kriteriyaların gözlənilməsi ilə başlamalıdır. İlk növbədə uşaqlar karantin davranışlarına əməl etməlidirlər. Uşaqların temperaturu ölçülməli, maska taxmalarına nəzarət edilməli və onlar dərsə gələndə əlləri dezinfeksiya olunmalıdırlar. Əgər uşaqda qızdırma, halsızlıq, öskürək varsa, o, dərhal müayinə edilməlidir. Yaxşı olar ki, məktəblərin özlərində ekspress testlər və digərləri olsun. İstər dərsdən öncə, istərsə də dərsdən sonra dezinfeksiya tədbirləri həyata keçirilsin”. Həkimin sözlərinə görə, təhsilin bərpa edilməsi olduqca mühüm məsələdir: “Əlbəttə, müəyyən məsələləri proqnozlaşdırmaq çətindir. Amma bununla belə təhsil bərpa edilməlidir. Çünki artıq dünyanın bir çox ölkəsində əyani təhsilə başlanılıb. Hesab edirəm ki, bizdə də belə olmalıdır. Ümumiyyətlə, işin gedişi boyu qərar vermək olar. Çünki payız aylarında COVID-19-a soyuqdəymə xəstəlikləri də qoşulacaq. Bir böyük problem də bunların diferensasiya məsələsidir. Onunla bağlı Operativ Qərargah müvafiq təlimatlar hazırlamalıdır. Hansısa kriteriyalarda olan xəstələrin müayinəyə birinci cəlb olunması, evdə olan insanların nə vaxt həkimə müraciət etməsi kimi məsələlər təlimatda öz əksini tapmalıdır. Şagirdlərin evdəki davranış və ünsiyyətilə bağlı da müəyyən təlimatlar ola bilər. Amma istənilən halda ənənəvi təhsil bərpa edilməlidir. Qaydalara əməl olunarsa, heç bir problem olmaz. Belə olarsa, yoluxma faizi də o qədər yüksək olmayacaq. Çünki virus getdikcə zəifləyir, onun payızın ortalarından yavaş-yavaş yoxa çıxacağı proqnozlaşdırılır”. Rubrika.Az Geri qayıt |